Kasetli bombalar Rusiya qüvvələrinə qarşı mübarizədə oyunu dəyişdirəcək
Ukraynanı kaset sursatları ilə təmin etmək Rusiya qüvvələrinə qarşı mübarizədə oyunu dəyişdirəcək. Onlar adi artilleriya mərmilərinin çatışmazlığını kompensasiya etmək üçün lazımdır.
Oxuməni.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
Reznikov bəzi ölkələrin və humanitar qrupların ABŞ hökumətinin Ukraynaya kaset sursatları göndərmək qərarını bəyənməməsini rədd edib:
"2022-ci ilin may ayında 155 mm-lik artilleriya sistemlərini aldıqda, bu, bir oyun dəyişdirici idi. İyul ayında biz müxtəlif növlər (MLRS) aldıq, bu, da cəbhədəki uğurumuza töhfə verir. Ümid edirəm ki, kaset sursatları növbəti dəfə müvəqqəti işğal olunmuş ərazilərimizin azad edilməsində önəmli rol oynayacaq”.
Ukraynalı nazir vurğulayıb ki, bu silahlardan mülki əhaliyə qarşı istifadə olunmayacaq.
Onun sözlərinə görə, Ukraynanın tərəfdaşları da kasset silahlarının istifadəsi və istismarı barədə məlumatlandırılacaqlar.
Əziz Salamoğlu