Qərbi Saharada suverenliyimizi tanıyacaq

Qərbi Saharada suverenliyimizi tanıyacaq

18 İyul 2023 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

2020-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp İsraillə münasibətləri qismən yaxşılaşdırmaq müqabilində Mərakeşin bölgəyə iddiasını tanıyıb.

İndi isə Mərakeş Kral Sarayı İsrailin mübahisəli Qərbi Sahara bölgəsi üzərində Mərakeşin suverenliyini tanıdığını və orada konsulluq açmağı planlaşdırdığını açıqlayıb.

Açıqlamada İsrailin mövqeyinin baş nazir Binyamin Netanyah tərəfindən Mərakeş kralı 4-cü Məhəmmədə göndərdiyi məktubda çatdırıldığı bildirilib.

Məktubda deyilirdi ki, “İsrailin mövqeyi Birləşmiş Millətlər Təşkilatına (BMT), regional və beynəlxalq təşkilatlara və İsrailin diplomatik əlaqələri olan bütün dövlətlərə göndəriləcək”.

Bəyanatda İsrailin bu tanınma çərçivəsində “Dakhla şəhərində konsulluq açmağı” nəzərdən keçirdiyinə dair məlumatlar da yer alıb.

Mütəxəssislər İsrailin münasibətinin dəyişməsini Mərakeşin İsrail-Fələstin münaqişəsinin iki dövlətlin həllini müdafiə edən prinsiplərinin dəyişməsi ilə bağlı olmadığını qiymətləndiriblər.

Murad Şahməmməd