AB-dən təəccüblü Türkiyə açıqlaması: Çox danışılacaq Şengen vizası detalları...

AB-dən təəccüblü Türkiyə açıqlaması: Çox danışılacaq Şengen vizası detalları...

21 İyul 2023 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyi Türkiyədən danışır. Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsi Josep Borrel “Bu gün Türkiyə, Ukrayna, Rusiya, Linkoln və Çinlə birlikdə əsas gündəm mövzularımızdan biridir” ifadələrini işlətərkən Şengen vizası ilə bağlı açıqlamalarına diqqət çəkib.

Avropa İttifaqının ali nümayəndəsi Josep Borrel Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb.

İclasda Çin və Ukraynaya dəstəyin davam etdirilməsi və AB ilə Türkiyə arasındakı əlaqələrin müzakirə ediləcəyini söyləyən Borrel, "Yay aylarından sonra yenidən görüşəcəyik və Türkiyə yenidən gündəmimizdə olacaq. Bu gün Türkiyə ilə əlaqələrimizi necə yenidən nəzərdən keçirəcəyimizi danışacağıq" kimi ifadələr işlədib.

Borrel Türkiyənin AB üzvlüyünə toxunaraq, "Ukraynanın AB üzvlüyü bütün qonşularımızda yeni dinamikalar yaradır. Ukrayna üzv olarsa, bu, bütün Balkanların üzvlük prosesini sürətləndirir. Təbii ki, Türkiyə də bu oyunun bir parçası olmaq istəyir. İlk növbədə, Gömrük İttifaqının modernləşdirilməsinə və viza problemlərinə baxmalıyıq" deyə bildirib.

Qara dənizdə Taxıl Dəhlizi Müqaviləsi ilə bağlı Borrel, "Qara dəniz limanları bağlanarsa, o zaman limanlarımızdan Ukrayna və qonşu ölkələrə taxıl ixrac imkanlarımızı artırmalı olacağıq. Bu, Ukrayna üçün böyük səy deməkdir. Onlar Ukraynaya taxıl daşınması üçün sərhədləri açaraq daha çox töhfə verməli olacaqlar" deyib.

İsveçin NATO üzvlüyündən də danışan Borrel, "Türkiyə nəhayət ki, İsveçin NATO üzvlüyünü qəbul etdi" deyə o bildirib.

Murad Şahməmməd