Moldova MDB-dən daha da uzaqlaşır
Moldova Prezidenti Maya Sandu MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası haqqında Konvensiyanın denonsasiyası haqqında qanunu imzalayıb.
Oxuməni.az xəbər verir ki, Fərman ölkənin Rəsmi Qəzetinin saytında dərc olunub.
İyulun 20-də Moldova parlamenti MDB Parlamentlərarası Assambleyası haqqında konvensiyanı denonsasiya edib.
Bundan əvvəl Moldovada hakim olan Fəaliyyət və Həmrəylik Partiyası (PAS) respublikanın MDB daxilindəki razılaşmalardan çıxması üçün səylərini davam etdirəcəyinə söz verib. Moldova prezidenti Maya Sandu deyib ki, Avrasiya vektoru və MDB daxilində inteqrasiya ölkəyə lazımi inkişafı təmin etmir.
Əziz Salamoğlu
Digər xəbərlər