Putin Rusiyanın Afrikanın nə qədər borcunu sildiyini açıqlayıb
Rusiya-Afrika formasının ikinci günündə çıxış edən Rusiya prezidenti Vladimir Putin, Moskvanın Afrika ölkələrinə cəmi 23 milyard dollarlıq borcunu sildiyini xatırladıb.
Oxuməni.az xəbər verir ki. bu barədə Rusiya mətbuatının yaydığı məlumatda deyilir.
“Rusiya da Afrika ölkələrinin borc yükünü yüngülləşdirmək səylərində iştirak edir. Bu günə kimi silinmiş borcumuz 23 milyard dollardır. Afrika ölkələrindən gələn son müraciətlərə görə, biz onların inkişafı üçün daha 90 milyondan çox vəsait ayıracağıq",-deyə Putin bəyna edib.
Bir gün əvvəl, iyulun 27-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika forumu çərçivəsində məlum olub ki, Rusiya Federasiyası sənəd imzalayıb və onun sayəsində Somalinin 684 milyon dollardan çox dövlət borcunu silib. Dövlət Dumasının deputatı Mixail Delyagin daha əvvəl demişdi ki, 1992-ci ildən bəri Rusiya müxtəlif ölkələrə 152 milyard dollara yaxın borcunu bağışlayıb. Rəsmi olaraq Rusiya Federasiyasının hakimiyyət orqanları bu məlumatı təsdiqləməyib.
Əziz Mustafa