Makronun Ukrayna planı iflasa uğrayıb
Fransa prezidentinin parlament seçkilərində uğursuzluğa düçar olması və müttəfiqlərin geniş dəstəyi ilə qarşılaşmamasından sonra Emmanuel Makronun Ukraynaya təlimçilər göndərmək planı şübhə altındadır.
Bunu Bloomberg-ə müsahibəsində Makronun Ukraynada hərbi personal yerləşdirmək təklifi ilə bağlı əsas dəstəkçisi, Litva prezidenti Gitanas Nauseda deyib.
Onun sözlərinə görə, müvafiq təşəbbüs geniş dəstək almayıb və “bu ideya çox güman ki, həll olunmamış və havada asılı qalacaq”.
Litva prezidenti qeyd edib ki, Fransadakı siyasi qarışıqlıq Ukrayna üçün əlverişsizdir.
Eyni zamanda Fransa rəsmisi bildirib ki, təlimatçıların göndərilməsi planı qüvvədə qalır və son söz Fransa prezidentinə məxsusdur.
Oxuməni.az
Digər xəbərlər