Ukrayna Cənubi Koreyadan hava hücumundan müdafiə sistemləri istəyib
Ukraynanın Seuldakı səfiri Dmitri Ponomarenko Cənubi Koreya hakimiyyətindən ölkəyə hava hücumundan müdafiə sistemlərinin verillməsini istəyib. Səfir bu barədə Nikkei Asia-ya müsahibəsində bildirib.
“Əgər Cənubi Koreya hakimiyyəti hələ də hücum silahları verməyə hazır deyilsə, biz hava hücumundan müdafiə sistemlərini almaqdan məmnun olarıq”, - deyə diplomat bildirib.
Ponomarenko əlavə edib ki, Ukrayna Cənubi Koreya ilə Ukrayna Silahlı Qüvvələrinin (AFU) “təcili olaraq ehtiyac duyduğu” silahların tədarükü ilə bağlı dialoq aparır.
Səfir danışıqlar prosesi ilə bağlı əlavə məlumat verməkdən imtina edib. Ponomarenko izah edib ki, bu məlumatın açıqlanması danışıqların nəticəsinə təsir edə bilər.
Oxuməni.az
Digər xəbərlər