Rusiya-Çin əməkdaşlığı Yaponiya və bölgə üçün təhlükə mənbəyinə çevrilib

Rusiya-Çin əməkdaşlığı Yaponiya və bölgə üçün təhlükə mənbəyinə çevrilib

12 İyul 07:38
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya Rusiya Federasiyası ilə ÇXR arasında, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmlənməsindən çox narahatdır.

TASS bu barədə ölkənin Müdafiə Nazirliyinin iyulun 12-də hökumətin iclasında rəsmən təsdiqlənmiş hesabatına istinadən yazır.

“Çinin Rusiya ilə əməkdaşlığı, o cümlədən hərbi əməkdaşlıq intensivləşib. Yaponiya yaxınlığından keçən bombardmançı və gəmilərin birgə uçuşları həyata keçirilib”, - sənəddə deyilir.

Mətndə vurğulanır ki, bu yolla Moskva və Pekin Tokioya öz güclərini nümayiş etdirirlər. Hesabatda deyilir ki, bu səbəbdən Yaponiya rəhbərliyinin milli təhlükəsizlik baxımından “ciddi narahatlıqları” var.

İyulun 10-da NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın iyulun 9-dan 11-dək ABŞ-da keçirilən sammitinin ikinci günündən sonra mətbuat konfransı keçirib. Tədbir zamanı o, Çini Rusiya Federasiyasına dəstəyi dayandırmağa çağırıb.

Blokun lideri Pekinin Moskvaya dəstəyini Şimali Atlantika Alyansının təhlükəsizliyinə təhdid adlandırıb. Eyni zamanda o qeyd edib ki, tarixdə ilk dəfə olaraq bütün NATO-ya üzv ölkələr yekdilliklə ÇXR-i Rusiyanın Ukraynadakı hərbi əməliyyatının baş sponsoru elan ediblər.

Bundan əvvəl NATO Rusiya Federasiyası və Çinə görə dağılma təhlükəsi ilə bağlı xəbərdarlıq edilmişdi.

Oxuməni.az