Çin beynəlxalq aləmdə ciddi təhlükə mənbəyinə çevrilib

Çin beynəlxalq aləmdə ciddi təhlükə mənbəyinə çevrilib

12 İyul 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden deyib ki, Çin Avropa və Asiya-Sakit okean regionunda (APR) təhlükəsizliyi pozur və bunun əvəzini ödəməli olacaq.

Bayden vurğulayıb ki, Çin tərəfi başa düşməlidir ki, əgər o, Rusiya Federasiyasını informasiya və imkanlarla təmin edərsə, KXDR və digər ölkələrlə Moskvaya silah yardımı etmək üçün çalışarsa bu beynəlxalq təhlükəsizliyi şübhə altına salacaq

ABŞ prezidenti əlavə edib ki, Vaşinqtonun Avropadakı bir sıra müttəfiqləri Pekinin Moskva ilə davam edən iqtisadi əməkdaşlığı səbəbindən Çinə investisiyaları azaltmağa başlamağı planlaşdırır.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Belarus-Çin təlimlərini Çinin NATO sərhədlərinə yanaşması adlandırıb.

Bir gün əvvəl ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell bildirmişdi ki, ABŞ Dövlət Departamenti Asiya-Sakit Okean regionunun (APR) bir sıra ölkələrini NATO-nun sonrakı bütün sammitlərinə dəvət etməyi zəruri hesab edir.

Oxuməni.az