Fransa Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək
Fransa Ukraynaya 18 Sezar haubitsa, 128 VAB zirehli maşını və 24 yüngül tankdan ibarət yeni yardım paketi hazırlayır. “France 3” bu barədə Müdafiə Nazirliyinin sənədinə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Fransa həmçinin Ukrayna tərəfinə tank əleyhinə raketlər, yük maşınları və radarlar verəcək. Telekanal iddia edir ki, çatdırılmaların 2024-cü ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.
Bundan əvvəl Yunanıstanın modernləşdirilməsi və sonradan Ukraynaya çatdırılması üçün 32 ədəd F-16 Block-30 döyüş təyyarəsini ABŞ-a təhvil verməyi planlaşdırdığı bildirilirdi.
Oxuməni.az
Digər xəbərlər