Vaşinqton məhkəməsi Trampa qarşı cinayət işini yenidən açıb
Vaşinqtonun federal dairə məhkəməsi Donald Trampa qarşı seçkiyə müdaxilə ittihamı ilə işi yenidən açıb və avqustun 16-na məhkəmə öncəsi konfrans təyin edib. RİA Novosti xəbər verir ki, bu barədə federal hakim Tanya Çatkenin qərarında məlumat verilib.
İşin bərpası ABŞ Ali Məhkəməsinin iyul ayında Trampa prezident kimi hərəkətlərinə görə qanuni təqibdən mütləq immunitet verməkdən imtina edən qərarından irəli gəlir. Hansı hərəkətlərin prezidentin toxunulmazlığına aid olduğunu hakim Çatken müəyyənləşdirəcək.
Tramp bundan əvvəl ona qarşı işlərin ləğv edilməsini tələb etmişdi. Çatkenin qərarına əsasən, hərəkətlərinin toxunulmazlıq dairəsinə aid olduğu müəyyən edildikdən sonra o, məhkəmə qərarlarından şikayət verə biləcək.
Oxuməni.az
Digər xəbərlər