
Alimlər Avropanın ən çox içki içən ölkələrinin adlarını açıqlayıblar
Finlandiya, İslandiya, İrlandiya, Lüksemburq və Malta sakinləri içki içməyə ən çox meyllidirlər. Bunu Addiction elmi jurnalında dərc olunan araşdırmanın nəticələri sübut edir.
Statistik araşdırma 2000-ci ildən 2019-cu ilə qədər Avropada alkoqol istehlakçılarının davranış nümunələrini təhlil edib. Belə ki, alimlər müəyyən ediblər ki, şəraba daha çox üstünlük verən ölkələr arasında Fransa, Yunanıstan, İtaliya, Portuqaliya və İsveç var. Bu arada, bu ölkələrdə pivə istehlakının səviyyəsi ən aşağı olaraq qalır.
Bunun əksinə olaraq Avstriya, Belçika, Danimarka, Almaniya, Hollandiya, Norveç, Sloveniya və İspaniyada insanlar daha çox pivə içirlər. Xorvatiya, Çexiya, Macarıstan, Polşa, Rumıniya və Slovakiyanın da adı pivə istehlakının yüksək olduğu və insanların içkiyə meylli olduğu ölkələr sırasındadır.
Estoniya, Latviya və Litvada güclü spirtə üstünlük verilir. Bu ölkələrdə pivə də məşhurdur, lakin şərab istehlakı ən aşağı səviyyədədir. Bu arada, Ukrayna, Bolqarıstan və Kipr həyatları boyu spirtli içkilərdən imtina edənlərin sayının ən çox olduğu ölkələr kimi tanınıb.
Əziz Mustafa