Britaniyada meymun çiçəyinin yeni ştamına yoluxma halları müəyyən edilib

Britaniyada meymun çiçəyinin yeni ştamına yoluxma halları müəyyən edilib

5 Noyabr 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın Səhiyyə Xidmətləri Agentliyi (UKHSA) meymun çiçəyinin yeni ştammı ilə daha iki yoluxma hadisəsini qeydə alıb.

“Mpox Ib virusuna yoluxma ilə bağlı iki hal aşkarlanıb. Beləliklə, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı üçə çatıb”, - deyə UHKSA bildirib. Onlar aydınlaşdırıblar ki, hər iki yoluxmuş şəxs birinci xəstə ilə təmasda olub.

Onlarla təmasda olan şəxslərə zərurət yarandıqda müayinə və peyvənd edilməsi təklif olunacaq. Həmin şəxslərdə xəstəliyin simptomları yaranarsa və ya testin nəticələri müsbət olarsa, xəstələrə müalicə üçün tövsiyələr veriləcək, agentlik vurğulayıb.

Qeyd edilib ki, ümumilikdə ölkə əhalisi üçün xəstələnmə riski aşağı olaraq qalır.

Böyük Britaniyada meymun çiçəyi xəstəliyinə ilk yoluxma hadisəsi oktyabrın sonunda qeydə alınıb.

Oxuməni.az