İsrail ordusu Hizbullahın Suriyadakı anbarlarını məhv edib
İsrail ordusu Hizbullah terrorçularının Suriyadakı silah anbarlarına hücum edib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) və Reuters agentliyi məlumat verir.
Bu yaxınlarda İDF kəşfiyyat məlumatlarının köməyi ilə Suriyanın Əl-Quseyr şəhəri ərazisində Hizbullahın sursat bölməsinin istifadə etdiyi silah anbarlarına zərbələr endirib.
Qrupun bu qolu Livanda silah saxlamağa cavabdehdir və son vaxtlar Suriya-Livan sərhədi yaxınlığında sözügedən ərazidə Suriyadakı fəaliyyətini genişləndirib.
Bu, Hizbullahın Suriyadan Livana qaçaqmalçılıq yolu ilə silah daşımaq üçün logistika infrastrukturu yaratmasının başqa bir nümunəsidir.
Oxuməni.az
Digər xəbərlər