Qondarma rejimin üç əməkdaşı ölkəni tərk etdiyinə görə işdən çıxarılıb
Qondarma rejimin "spiker"i Artur Tovmasyan Arutyunyanın ölkəni tərk edən 3 nəfərlə bağlı bəyanatına cavab verib.
Oxuməni.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, qondarma rejimin "spiker"i "prezident" Arayik Arutyunyanın müraciətinə əsasən Dağlıq Qarabağdan qaçan 3 nəfərin işdən azad olunduğunu Tvitter səhifəsində bildirib. Onun sözlərinə görə, özünü biabırçı aparan "parlament"in kişi əməkdaşlarına geriyə qayıtmaq üçün vaxt verilib.
"Bu səbəbdən üç əməkdaş artıq işdən çıxarılıb. Söhbət aparıcı mütəxəssis Eduard Baxşinyandan (31 il), operator Karene Arutyunyandan (22 il) və sürücü Qrikor Mirzoyandan (22 il) gedir", - deyə Tovmasyan yazıb.
Səda
Digər xəbərlər