Saxlama müddəti ötmüş 430 kiloqram ərzaq məhsulu aşkarlanıb

Saxlama müddəti ötmüş 430 kiloqram ərzaq məhsulu aşkarlanıb

20 May 2011 09:47
Bəyəndim (0) Bəyənmədim (0)


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinq keçirmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Nərimanov rayonunda Vilayət İsmayılovaya məxsus mağazada, Səbail rayonunda "Kamran market"də, Binəqədi rayonunda Əfət Nəcəfova, Mətləb Albabayevə, Nadir Seyidova, Nazim Ələkbərova, Qabil Kərimova, Amil Səfərova məxsus mağazalarda, "Sənan market"də, Yasamal rayonunda "Səma market"də, "Sara market"də, Fərəsat Zəhirova, Xəzər rayonunda Eldar Muradova, Bəxtiyar Əhmədova məxsus mağazalarda, Elşən Məmmədova məxsus obyektdə, "Şağan market"də, Nizami rayonunda Elmar Məhərrəmova, Kamil Məmmədova, Xətai rayonunda Tural Şirinova, Şahin Məmmədova, Gəncə şəhərində Novruz Heydərliyə, Fuad Abidinova, Goranboy rayonunda Natiq İsgəndərova, Qazax rayonunda Xanbaba Kərimova, Cəlilabad şəhərində Elşad Kərimova, Ağstafa şəhərində Süleyman Vəliyevə, Saatlı rayonunda Ağalar Ağalarova və Nizami Hüseynova məxsus mağazalarda ümumi çəkisi 430 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Ərzağımıza haram qatanların yuxularına haram qatılacaq.

Tofiq Əliyev

O.M.