Heydər Əsədov Qubada vətəndaşları qəbul edib

Heydər Əsədov Qubada vətəndaşları qəbul edib

25 Fevral 2014 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Kənd Təsərrüfatı naziri Heydər Əsədov Quba rayonunda vətəndaşları qəbul edib. Apa-nın Şimal bürosunun məlumatına görə, görüşdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 50-dək vətəndaş iştirak edib.

Qəbul zamanı vətəndaşların kənd təsərrüfatında mövcud problemlərlə əlaqədar şikayətləri dinlənilib. Vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, texnika çatışmazlığı, kənd təsərrüfatı torpaqlarının sənədləşdirilməsi, bağlara səpilən dərmanların keyfiyyətsiz olması ilə bağlı problemləri səsləndiriblər.

Nazir bəzi məsələlərin yerində həlli, digər məsələlərin isə aidiyyəti qurumlara göndərilməsi üçün göstərişlər verib.