Qarın doyurmağın lüks olacağı tarix

Qarın doyurmağın lüks olacağı tarix

31 May 2011 12:09
Bəyəndim (0) Bəyənmədim (0)
Hesabatda Azərbaycan da var

Yardım təşkilatı "Oxfam" dünya liderlərinə xəbərdarlıq edib: qida sistemi filtrdən keçirilməzsə, yaxın 20 ildə qiymətlər 2 qatdan daha çox artacaq. Quruluşun yayımladığı hesabata görə, 2030-cu ildə başlıca taxıl bitkilərinin qiyməti 120-180 % artacaq. Buna da səbəb qlobal istiləşmə olacaq. Direktor Barbara Stokinq, "İqlim dəyişikliyi, artan qida qiymətləri, əkin əraziləri, su və enerji qıtlığı kimi artan problemlərə güc gəlmək üçün qida sistemi başdan-ayağa kimi dəyişdirilməlidir", - deyə açıqlamasında bildirib. "Oxfam" bu layihədə xarici ölkələri doyuzdurmaqda çətinlik çəkən dörd bölgəyə diqqət çəkir: Qidanın böyük bir hissəsini idxal etmək məcburiyyətində qalan Qvatemalada 850 min nəfərin bu baxımdan təhlükədə olduğu bildirilir. Hindistan vətəndaşını ingilislə müqayisə etsək, görərik ki, bu ölkədə bir nəfərin aylıq gəlirindən qidaya 2 qat daha çox pul xərclənir. Azərbaycanda pis hava şəraiti səbəbi ilə istehsalın 33 % azaldığı və Rusiya və Qazaxıstandan buğda idxal etmək məcburiyyətində qaldığı bildirilir.

Quruluş ötən ilin dekabr ayında Afrikada Birləşmiş Millətlər iqlim konfransı öncəsi qlobal iqlim fondu qurulmasını təklif etmişdi. "Oxfam" bu fondla insanların özlərini iqlim dəyişikliyinə qarşı qoruya biləcəyini və daha hazırlıqlı ola biləcəklərini vurğulamışdı.

Yemək üçün yaşayanlar da məcburən yaşamaq üçün yeyəcəklər.

Günel Həbib

O.M.