AZAL loukosterlərə biletlərlə bağlı yaranmış narazılıqlara aydınlıq gətirib

AZAL loukosterlərə biletlərlə bağlı yaranmış narazılıqlara aydınlıq gətirib

23 Oktyabr 2015 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Loukosterlərə biletləri Heydər Əliyev Beynəlxalq Aeroportunda "Terminal 2"-dən əldə etmək mümkündür.

Bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.

"Biz elan etmişik ki, loukosterlərlə uçuşlar "Terminal 2"-dən həyata keçirilir, sərnişinlər də biletləri oradan əldə edirlər. Kim loukosterlərə bilet almaq istəyirsə, bir ay qabaqcadan "Terminal 2"-dən əldə edə bilər", - deyə A. Məmmədov bildirib.

Qeyd edək ki, loukosterlərə biletlərin qıtlığı və bu kateqoriyadan olan biletləri almağın mümkün olmaması ilə bağlı narazılıqlar var. Loukoster daha aşağı qiymətə uçuşlar həyata keçirən aviadaşıyıcıdır.

Mediainfo.az