"Azər Türk Bank" müştərilərinin məzənnə fərqindən yaranmış itkisini qarşılayıb

"Azər Türk Bank" müştərilərinin məzənnə fərqindən yaranmış itkisini qarşılayıb

28 Dekabr 2015 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Azər Türk Bank" ASC Azərbaycanda manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi ziyanı öz üzərinə götürüb.

Bankdan verilən məlumata görə, belə ki, 21 dekabr tarixinədək bankın kart sahiblərinin xarici valyutalarda apardıqları əməliyyat məbləğlərinin hesabdan silinməsi zamanı 18 dekabra olan valyuta məzənnələri tətbiq olunacaq: "Hər zaman müştəri məmnuniyyətinə önəm verən "Azər Türk Bank" məzənnə fərqi ilə bağlı yaranmış valyuta itkisini öz vəsaiti hesabına qarşılayacaq. Bu, "Azər Türk Bank"ın bütün növ ödəniş kartları ilə aparılmış hesablaşmalara şamil olunacaq".

Mediainfo.az