ABŞ-ın ştatlarında yanacağa tələbat artır
ABŞ-ın müxtəlif ştatlarının koronavirusla bağlı məhdudiyyətləri yumşaltması fonunda avtomobil yanacağına tələbat artmaqdadır.
Floridada əvvəllər normadan 50 faiz aşağı olduğu bildirilən benzinə tələbat hazırda 25-30 faiz aşağıdır.
"Delek U.S. Holdings Inc.” neft emalı şirkəti Texas və Arkanzasda da tələbatın yaxşılaşdığını açıqlayıb.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkənin benzin ehtiyatları ötən həftə 3,2 milyon barrel azalaraq 256,4 milyon barrel təşkil edib.
Oxuməni.az
Digər xəbərlər