
Yemişin faydaları nələrdir və nə edir?
Yay aylarında bəlkə də ən dadlı və şirin olan yemiş sağlamlığınız üçün əvəzolunmaz qidadır. Soyuq istehlak edildikdə sərinləmə effekti verən yemişin faydaları saymaqla bitmir. Havaların istiləşməsi ilə bazarlarda öz yerini tutan yemiş bir çox xəstəliyə faydalıdır. Daha çox sudan ibarət olsa da, yemiş zəngin kalori və qida dəyərinə malikdir. Yalnız xəstəliklərə qarşı deyil, həm də dəri və saç gözəlliyi üçün faydaları var. Bəzi yeməklər və desertlərdə yalnız çiy istehlak edilən yemiş çox faydalıdır. 100 qram yemişdə təxminən 30 kalori var. Cinsi istəyi təmin edir. Hamilə qadınlar üçün yemiş faydaları saysız-hesabsızdır. Hamiləlik dövründə xüsusilə ilk aylarda ürəkbulanma və mədə yanmasının qarşısını alır. Bədənin ehtiyac duyduğu suyun miqdarı artdığı üçün 90%-dən çoxunu su təşkil edən yemiş hamiləlik dövründə əvəzolunmazdır…
Murad Şahməmməd