Üsamə Bin Ladenin evi 50 milyon dollarlıq əyləncə mərkəzinə çevriləcək
"Əl-Qaidə" terror təşkilatının lideri Üsamə Bin Ladenin öldürüldüyü evin yerində müasir əyləncə mərkəzi tikiləcək. Abbotabad şəhərindəki Üsamə Bin Laden və ailəsinin 2011-ci ilin mayına qədər yaşadığı evin yerində 5 il ərzində tikiləcək əyləncə mərkəzində attraksion parkı, zoopark, mini-qolf və paraşüt idmanı üçün idman meydançası də olacaq. Əyləncə mərkəzinin tikintisinə 50 milyon dollar xərclənməsi nəzərdə tutulub. Abbotabad şəhərinin rəhbərliyi bununla şəhərin mənfi imicinin dəyişməsinə nail olmağa çalışır.
O.M.
Digər xəbərlər