Qızıldan olan maşını cəza meydançasına apardılar
Çin polisi "İnfiniti"ni cəzalandırdı
İqtisadi baxımdan hər gün güclənən Çinin "Jiangsu" bölgəsindəki bir zərgər dükanının qarşısında qızıldan "Infiniti" markalı avtomobil sərgiləndi. Bu avtomobilin böyük maraq görməsinə baxmayaraq, maşına aid sənədlər yerində olmadığına görə o polis tərəfindən cəza meydançasına aparıldı. Çin xəbər agentliyinin məlumatında avtomobilin bu hala gətirilməsi üçün beş sənətçinin dörd ay dayanmadan çalışdığı ifadə edilir.
O.M.
Digər xəbərlər