Azərbaycanlı milyonçu: "İşlərimizi əsasən dənizçiliyə yönəldəcəyik”

Azərbaycanlı milyonçu: "İşlərimizi əsasən dənizçiliyə yönəldəcəyik”

4 İyul 2016 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Palmali" Şirkətlər Qrupu dənizçilik sektorundan başqa, digər bütün sektorlardakı fəaliyyətini dayandırır.

Bu barədə şirkətin prezidenti Mübariz Mənsimov ANS-ə müsahibəsində bildirib. M.Mənsimov bunun səbəbi kimi qlobal iqtisadi böhranın yaratdığı maddi çətinlikləri göstərib. "Digər sektorlardan çıxmaqda məqsədimiz əsas işimizə (neft daşımaçılığına) nəğd valyuta cəlb edə bilməkdir" – deyə, biznesmen "Palmali"nin kiçilməsinin səbəbini açıqlayıb.

Şirkət prezidenti "Palmali"nin iflas etdiyi barədə iddiaları da cavablayıb. O bildirib ki, belə bir hal mövcud deyil: "Palmali"nin bu gün 18-dən çox sektorda fəaliyyəti var. Sadəcə indi işlərimizi əsasən dənizçiliyə yönəldəcəyik".

Mediainfo.az