![Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub](http://oxumeni.az/images/2020/10/27/mexico-vacuna-covid.jpg)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 51 149 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 41 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 8 768 nəfərdir.
Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1308048 test aparılıb.
Oxuməni.az
Digər xəbərlər