İşğaldan azad edilmiş Lələtəpədən ilk görüntülər - VİDEO
Azərbaycan Xarici işlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində səfərdə olub.
Xarici media təmsilçilərinin cəbhə bölgəsinə səfəri məhz Lələtəpədəki yüksəlikdən başlayıb.
Jurnalistlərə 20 ildən artıqdır yüksəkliyi işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin bölmələrinin bu ərazidə Horadiz şəhəri də daxil olmaqla ətraf yaşayış məntəqələrini daim atəş altında saxladıqları barədə məlumat verilib.
Qeyd olunub ki, aprelin 1-dən 2-nə keçən gecə təxribata cəhd edən düşmənə endirilən sarsıdıcı zərbə nəticəsində strateji əhəmiyyətə malik həmin bu yüksəklik Azərbaycan ordusunun nəzarətinə keçib.
Daha sonra jurnalistlərə hazırda cəbhədə movcud olan əməliyyat şəraiti ilə bağlı məlumat verilib.
Füzuliyə səfəri çərcivəsində əcnəbi həmkarlarımız rayonun düşmən movqelərinə yaxın kəndlərində də olublar. Daha sonra jurnalistlər Ağdam rayonunu cəbhəyanı kəndlərinə gəlib. Burada jurnalistlər Ermənistan silahlı quvvələrinin acdığı artilleriya zərbələri nəticəsində zərər gormüş yasayış yerləri və digər mülki obyektlər göstərilib. Kənd sakinləri düşmənin tez-tez bu cür təxribatlara əl atdığını deyib. Diqqətə catdırılıb ki son bir neçə gündə davam edən atışma nəticəsində bir neçə mülki şəxslər arasında tələfat qeydə alınıb.