Erməni KİV: "Qərargah rəisi bu villanı hansı pulla tikib" - Foto

Erməni KİV: "Qərargah rəisi bu villanı hansı pulla tikib" - Foto

18 Aprel 2016 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Aprel ayının əvvəlində "dördgünlük müharibə" zamanı Ermənistan ordusunun strateji yüksəklikləri əldən verməsi ictimaiyyətin ölkə rəhbərliyi və Müdafiə Nazirliyini kəskin tənqid etməsi ilə nəticələnib.

Fəaliyyətinə görə sərt tənqid olunan şəxslər arasında Ermənistan Müdafiə naziri Seyran Ohanyan və Yuri Xaçaturov da var.

İravaban.net portalı Xaçatorovun İrəvanın mərkəzində yerləşən evinin iqamətgahının fotolarını yayıb. Erməni KİV-i yaydığı məqalədə Xaçaturovun bu sarayı hansı pullar hesabına əldə etməsinu sual edib: "Baş Qərargah rəisinin illik gəliri 12 min dollar təşkil edir. O, bu sarayı hansı pulla tikə bilər?"

Nəşr yazır ki, Ermənistan ordu rəhbərliyi ölkənin hərbi büdcəsini talayıb. Məhz bu da Ermənistan ordusunun Qarabağdakı döyüşlərdə məğlub olması ilə nəticələnib. (Azvision.az)

Mediainfo.az