Şok: Ermənistan mülki əhalini vurduğunu etiraf etdi - Foto

Şok: Ermənistan mülki əhalini vurduğunu etiraf etdi - Foto

27 Aprel 2016 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın ordu rəhbərliyi son bir neçə gündə Azərbaycanın cəbhəyanı yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutmasını etiraf edib.

Qarabağ separatçıları bəyanat yayaraq, kəndlərimizin atəşə məruz qalmasını Azərbaycan hərbi rəhbərliyinin texnika və ağır artilleriyanı mülki əhalinin yaşadığı yerlərə yaxın yerləşdirməsi ilə izah edib.

Separatçıların yaydığı bu bəyanat ermənilərin əsl mahiyyətini – mülki əhaliyə qarşı cinayətkar davranışını bir daha çılpaqlığı ilə üzə çıxarır. Əlbəttə, Xocalı qətliamı törədən və bu soyqırım barədə "azərbaycanlılar bizim zarafat etmədiyimizi bilməli idilər" (Serj Sərkisyan) deyən vəhşilər üçün mülki əhalinin atəşə tutulması təbii görünməlidir.

Qeyd edək ki, təkcə ötən gecə ermənilərin Tərtərdə kəndləri atəşə tutması nəticəsində 21 ev dağılıb. Ermənilər hətta Tərtərin mərkəzində 4 evi də vurublar ki, onlardan biri tamamilə yerlə-yeksan olub. (axar)

Mediainfo.az