KİV: Ermənistanın dövlət borcu artır

KİV: Ermənistanın dövlət borcu artır

13 Oktyabr 2016 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin 9 ayı ərzində Ermənistanın dövlət borcu 517 mln. 200 min dollar artaraq 5 mlrd. 594 mln. 900 min dollara yüksəlib.

apa Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, təkcə son bir ayda Ermənistanın dövlət borcu 100 mln. dollar dəyərində artıb.

Qeyd edək ki, Ermənistanın dövlət borcunun 4 mlrd. 590 mln. 500 min dolları xarici borcun payına düşür. Xarici borca Ermənistan hökuməti və Mərkəzi Bankının beynəlxalq maliyyə təşkilatlarından, banklardan və digər ölkələrdən götürdükləri borc daxildir.

İqtisadçı-ekspertlər bu ilin son 3 ayı ərzində Ermənistanın dövlət borcunun artacağını proqnozlaşdırır. Təkcə dövlətin yeni istiqrazlarının satışa çıxarılması hesabına oktyabrda Ermənistanın dövlət borcu 29 mlrd. 710 mln. dram və ya 62,5 mln. dollar artacaq.

Mediainfo.az