Obama: "“Lozanna razılaşması İranın nüvə silahını əldə etməsinin qarşısını alacaq”
"Altılıq" ölkələrinin İranla Lozannada əldə etdiyi razılaşma bölgədə nüvə silahının yayılmasının qarşısını almağa imkan verir". Apa-nın məlumatına görə, bunu "New York Times" nəşrinə müsahibəsində ABŞ prezidenti B.Obama deyib.
"Hazırda bu, İranın nüvə silahını əldə etməyəcəyinə əmin olmağın ən yaxşı üsuludur", - deyə o vurğulayıb.
Bununla yanaşı B. Obama qeyd edib ki, İran üzərindən sanksiyalar Tehranın bütün öhdəlikləri yerinə yetirdikdən sonra aradan qaldırılacaq.
Mediainfo.az
Digər xəbərlər