Davudoğlu: "İsraillə barışmağımız mümkünsüzdür"
Türkiyənin baş naziri Əhməd Davudoğlu İsrail əleyhinə sərt bəyanatlar verib.
Avropa.info xəbər verir ki, Davudoğlu İsraillə münasibətlərin normallaşmasının mümkün olmadığını deyib:
"İsrailin mövqeyi Məscidi- Əqsanı yıxmaq, viran etmək və müsəlmanların əllərindən almaqdır. Müsəlman olaraq bu bizi qayğılandırır. İnsan olararak da buna qarşıyıq. Qüdsdə həm insanlıq, həm də mədəniyyət qətliamı var.
İsrail müsəlmanların Məscidi-Əqsaya girməsini qadağan edib. Ən sərt şəkildə buna cavab verəcəyik. Çünki Məscidi-Əqsa Qüds torpağıdır. Bütün müsəlmanlara hücumlar edilir. İsraillə münasibətlərimizin normallaşması mümkün deyil. Bu barışıq qədər çətindir".
Mediainfo.az
Digər xəbərlər