
İŞİD liderlərindən biri də öldürüldü
İraqın Mosul şəhərində ABŞ-ın xüsusi təyinatlıları "İslam dövləti" terror təşkilatının liderlərindən birini-Süleyman Şəbib əl-Cəburini məhv ediblər.
"Qafqazinfo" rus mediasına istinadən xəbər verir ki, basqın zamanı İŞİD liderinin daha iki köməkçisi öldürülüb.
Qeyd edək ki, bu, ABŞ-ın həyata keçirdiyi ilk basqın deyil. Belə ki, mart ayında həlak olan İŞİD liderlərindən biri Əbu Umar aş-Şişaninin ABŞ-ın aviazərbəsi nəticəsində aldığı yaradan öldüyü deyilirdi.
Mediainfo.az
Digər xəbərlər