Azərbaycan Ordusunda ən yaxşı topoqraf adı uğrunda yarış keçirilir
2018-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri ilə "Ən yaxşı topoqraf" adı uğrunda yarış keçirilir.
Mediainfo.az saytının MN Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını göstərəcəklər.
Yarış nəticələrinə görə ən yaxşı topoqraf adına layiq görülmüş hərbi qulluqçu müəyyən ediləcək.
Digər xəbərlər