ABŞ və Çin arasında gərginlik durmadan artır

ABŞ və Çin arasında gərginlik durmadan artır

24 May 2018 08:39
Bəyəndim (0) Bəyənmədim (0)

Çin hökuməti Cənubi-Çin dənizində yerləşən mübahisəli Spratli adalarındakı hərbi müdafiə sistemlərini ləğv etməli və bu regionun hərbiləşdirilməsinə yol verməməlidir.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Kristofer Loqan deyib.

"Çinin Spratli adalarında gəmi əleyhinə raketləri, zenit-raket komplekslərini və elektronik səsboğucuları yerləşdirməsi ilə bağlı əlimizdə konkret faktlar var. Çin tərəfi bildirir ki, adalarda tikinti işləri dənizdə təhlükəsizliyi, naviqasiya yardımını, axtarış-xilaetmə fəaliyyətini, balıqçılıq təsərrüfatnın qorunmasını təmin etmək üçündür. Ancaq sözügedən texnikaların adalarda yerləşdirilməsi yalnız hərbi məqsədlər güdür", - deyə Pentaqon rəsmisi bildirib.

O, eyni zamanda, vurğulayıb ki, Çin bombardmançılarının Vudi adasına gəlməsi durumu daha da gərginləşdirib.

Qeyd edək ki, Spratli adaları uzun illərdir ki, ABŞ-la Çin arasında mübahisə mövzusudur.