Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar davam edir
Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanması istiqamətində danışıqlar davam edir. İnanırıq ki, yaxın vaxtlarda bu sənəd imzalanacaq.
Oxumeni.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin vitse-prezidenti Klara Dobrev Avronest Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən VIII illik sessiyasındakı çıxışı zamanı söyləyib.
O bildirib ki, Avropa İttifaqı Gürcüstan və Ukrayna ilə artıq belə bir saziş imzalayıb. Hazırda Azərbaycan və Belarus ilə danışıqlar gedir. Bu ölkələrlə də sazişlərin imzalanması bizim regional əməkdaşlığımızı daha da genişləndirəcək.
Vitse-prezident, həmçinin dünyada və regionda gedən proseslərə, təhdid və çağırışlara toxunub. O bütün təhdidlərə qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az