
Azərbaycan Prezidenti Omanın Sultanına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə başsağlığı məktubu göndərib.
Oxumeni.az xəbər verir ki, dövlətimizin başçısı görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.
“Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə Azərbaycan Prezidentinin məktubunda qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər