Avropa Liqası: Yarımfinalçıları bəlli oldu, “Barselona” mübarizəni dayandırdı
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Oxuməni.az xəbər verir ki, Almaniyanın iki təmsilçisi - "Leypstiq" və "Ayntraxt" son 4-lükdə mübarizə aparacaq. Şotlandiya "Reyncers"i ilə İngiltərə "Vest Hem"i də eyni uğura imza atıblar.
Beləliklə, yarımfinalda "Reyncers" "Leyptsiq" ilə, "Vest Hem" isə "Ayntraxt"la üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.
Avropa Liqası, 1/4 final
Cavab oyunları
"Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 0:2
Qol: Kristofer Nkunku, 18. 87 (pen.)
İlk oyun - 1:1
"Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:3
Qollar: Serxio Busgets, 90+1. Memfis Depay, 90+11 (pen.) - Filip Kostiç, 4; 67 (pen.). Rafael Borre, 36
Qırmızı vərəqə: Evan N Dika, 90+10 ("Ayntraxt")
İlk oyun - 1:1
"Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) - 0:3
Qollar: Kreyq Douson, 38. Deklan Rays, 44. Carrod Bouen, 48
İlk oyun - 1:1
"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 3:1 (ƏLAVƏ VAXTDA - 1:0)
Qollar: Ceyms Tavernye, 2; 44 (pen.). Kemar Ruf, 101 - David Karmu, 83
Qırmızı vərəqə: Vitor Tormena, 43, Yuri Madeyruş, 105 (hər ikisi "Braqa")
İlk oyun - 0:1