"Barselona" hakim haqsızlığına məruz qalaraq mübarizəni dayandırıb

"Barselona" hakim haqsızlığına məruz qalaraq mübarizəni dayandırıb

17 Aprel 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasının 1/4 final mərhələsinin "Pari Sen-Jermen"lə cavab oyununda "Barselona" futbol klubu və onun azərkeşləri sözün əsl mənasında şok yaşayıblar. Buna səbəb birinci hissənin başa çatmasına təxminən 15 dəqiqə qalmış "Barselona"nın müdafiəçisi Robert Araujonun cərimə meydançası ətrafında rəqib oyunçunu yıxması olub.

Matçın baş hakimi İştvan Kovaç buna görə Araujoya birbaşa qırmızı vərəqə göstərib. Həmin vaxt oyunda 1:0 hesabı ilə irəlidə olan "Barselona" azlıqda qaldıqdan sonra rəqiblə bacara bilməyib və nəticədə 1:4 hesabı ilə uduzub. Halbuki "Barselona" rəqib meydanında rəqibinə 3:2 hesabı ilə qalib gəlmişdi.

Hakimə etiraz edən baş məşqçi Xaviyə də Kovaç tərəfindən qırmızı vərəqə göstərilib. Xavi isə öz növbəsində hakimin hərəkətini ən böyük ədalətsizlik adlandırıb və bunu futbola, gözəl oyuna atılan çirkab hesab etdiyini söyləyib.

Oxuməni.az