Cinsi təcavüzə görə futbolçu həbs edildi

Cinsi təcavüzə görə futbolçu həbs edildi

22 Mart 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Cinsi təcavüz ittihamına görə 9 il həbs cəzası tələb edilən keçmiş braziliyalı futbolçu Robinyo Braziliyanın Santos şəhərindəki evində həbs olunub. Robinyo 2013-cü ildə Milanda bir gecə klubunda qrup şəklində qadın zorlamaqda təqsirli bilinib. Xatırladaq ki, Robinyo cinayət zamanı İtaliyanın "Milan" komandasında çıxış edirdi. O, bir neçə dostu ilə 23 yaşlı qadına cinsi təcavüz etməkdə ittiham olunurdu. 2020-ci ildə futbola başladığı Braziliyanın Santos klubuna qayıdan futbolçu cinsi təcavüz iddiasına görə komandadan uzaqlaşdırıldı. 2022-ci ildə isə İtaliya Ali Məhkəməsi tərəfindən zorlama faktı təsdiqlənib və İtaliya hakimləri Robinyonun beynəlxalq həbsinə order veriblər…

Oxuməni.az