Futbol üzrə 2014-cü il dünya çempionatının reqlamenti bəlli oldu
27 sentyabrda Sürixdə FİFA icraiyyə komitəsinin növbəti toplantısı keçirilib. Fifa.com-un məlumatına görə, iclasda 2014-cü il Braziliyada keçiriləcək mundialın təqvimi müzakirə edilib. Qərara alınıb ki, 12 iyun günü San-Paulu şəhərində keçiriləcək ilk matç yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 01:00) baş tutacaq. Qrup matçları isə yerli vaxtla 13:00, 16:00, 17:00, 18:00, 19.00 və 21:00-da keçiriləcək. Rio-de-Janeyroda keçirilməsi planlaşdırılan final görüşü 13 iyul günü, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) nəzərdə tutulub.
O.M.
Digər xəbərlər





































































.jpg)



















