2020-ci il Olimpiya oyunları Tokiodan alına bilər

2020-ci il Olimpiya oyunları Tokiodan alına bilər

26 Sentyabr 2013 18:43
Bəyəndim (0) Bəyənmədim (0)

2020-ci il Olimpiya oyunlarını keçirmək üçün mübarizədə İstanbulu üstələyən Tokio sahiblik hüququndan məhrum edilə bilər. Yayılan məlumatda qeyd edilir ki, radiasiya təhlükəsi ilə bağlı komitəyə təqdim edilən sənəddəki məlumatlar səhv olub. Tokio Bələdiyyəsinin sədri İnosenin bu haqda açıqlamaları sensasiya doğurub. "Fukuşimadakı radiasiya sızıntısı nəzarətdə deyil. Olimpiya komitəsi bu məsələyə xüsusi diqqət yetirməlidir", - deyən bələdiyyə sədrinin fikirləri dünya ictimaiyyətində maraqla qarşılanıb.

2020-ci il Olimpia Oyunlarına sahiblik etmək hüququ qazanan Tokionun bu hadisədən sonra hüquqdan məhrum edilməsi məsələsi gündəmə gəlib. Şinzo Abenin Buenos Ayresdə yalan danışdığı məlum olduqdan sonra diqqətlər yenidən İstanbula yönəlib. Belə ki, qərar dəyişsə, ev sahibliyi hüququ İstanbula verilə bilər.

Xatırladaq ki, buna qədər belə bir hadisə olub. Aralıq Dənizi Oyunlarını keçirmək hüququ iqtisadi tənəzzül səbəbi ilə Yunanıstandan Türkiyəyə verilmişdi.

O.M.