Şəhriyar Məmmədyarov erməni şahmatçı ilə üz-üzə gələcək

Şəhriyar Məmmədyarov erməni şahmatçı ilə üz-üzə gələcək

14 Mart 2014 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən dünya şahmat tacına iddiaçılar turnirinin ilk turu başa çatıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov ilk turda ağ fiqurlarla bolqarıstanlı Veselin Topalovu sınağa çəkib. 36-ci gedişdən sonra tərəflər heç-heçəyə razılaşıblar – 0,5:0,5.
Dmitri Andreykin (Rusiya) – Vladimir Kramnik (Rusiya) və Sergey Karyakin (Rusiya) – Peter Svidler (Rusiya) matçlarında da eyni hesab qeydə alınıb. Keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) isə Levon Aronyanı (Ermənistan) məğlub edib – 1:0. Növbəti turun görüşləri bu gün keçiriləcək.
Yarışın ikinci oyun günündə həmyerlimiz Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla üz-üzə gələcək. Qeyd edək ki, 8 şahmatçının mübarizə apardığı İddiaçılar Turniri 2 dövrədən və 14 turdan ibarətdir. Turnirə martın 30-da yekun vurulacaq.

Mediainfo.az