Berti Foqts: “Oyunçularım bilir ki, qorxmaq lazım deyil
Millimizin baş məşqçisi Berti Foqts Avropa çempionatının seçmə mərhələsinin İtaliya ilə oyunu öncəsi mətbuat konfransı keçirib.
Mediainfo.az-ın "Apasport.az" saytına istinadən məlumatına görə, almaniyalı çalışdırıcı matç haqqında haqqında fikirlərini bildirib: "Böyük bir həvəslə burda məşq keçirik. Burda hava gözəldir. Dənizi görəndə adam həzz alır. Məni tanıyan bilir ki, İtaliya futbolunun dostuyam. Təəssüf ki, sonuncu DÇ-də İtaliya pis çıxış etdi. Rəqibin heyətində hansı futbolçuların olduğuna baxanda onların niyə mundialı erkən tərk etməsi təəccüb doğurur. Oyun 90 dəqiqə olur. Hər komandanın 2 üzü olur. Oyunçularım bilir ki, qorxmaq lazım deyil. Ümid edirəm ki, məşqdə etdiklərimizi meydanda da göstərə biləcəyik. Belə matçlardan öyrənmək lazımdır. İtaliya, Almaniya kimi rəqiblərlə oyunlar çox önəmlidir. İngilislərin bir misalı var: oynaya oynaya öyrənmək lazımdır. Biz də belə etməliyik."
Qeyd edək ki, İtaliya- Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək