Andres İnyesta “Qızıl Ayaq” mükafatına layiq görüldü

Andres İnyesta “Qızıl Ayaq” mükafatına layiq görüldü

14 Oktyabr 2014 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Barselona futbol klubunun yarımmüdafiəçisi Andres İnyesta dünya futboluna töhfə vermiş 28 yaşdan böyük futbolçular üçün təsis edilən "Golden Foot (Qızıl Ayaq)" mükafatına layiq görülüb.

Barselona klubunun rəsmi saytının yaydığı məlumata görə, builki namizədlər arasında Tyerri Anri, Manuel Noyer, Andrea Pirlo, Frank Riberi, Kriştiano Ronaldo, Ueyn Runi, Tiaqu Silva, Yaya Ture və braziliyalı əfsanəvi qadın futbolçu Marta da yer alırdı.

Qeyd edək ki, bu titulu hər futbolçu ömründə bir dəfə ala bilər. Qaydaya görə, qalibin ayaq izləri Monakoda yerləşən "Çempionlar Xiyabanı"nda yer alır.

Xatırladaq ki, indiyədək "Golden Foot" mükafatına aşağıdakı futbolçular layiq görülüblər:

2003-cü il Roberto Bacio (İtaliya)

2004-cü il Pavel Nedved (Çexiya)

2005-ci il Andrey Şevçenko (Ukrayna)

2006-cı il Ronaldo (Braziliya)

2007-ci il Alessandro Delpyero (İtaliya)

2008-ci il Roberto Karlos (Braziliya)

2009-cu il Ronaldinyo (Braziliya)

2010-cu il Françesko Totti (İtaliya)

2011-ci il Rayan Qiqqz (Uels)

2012-ci il Zlatan İbrahimoviç (İsveç)

2013-cü il Didye Droqba (Fil Dişi adaları)

Mediainfo.az