RF-nin məşhur klubu Azərbaycana gəlir
Rusiyanın məşhur "Uraloçka" klubu yenidən Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, əfsanəvi Nikolay Karpolun çalışdırdığı 48 yaşlı komanda oktyabrın 31-də paytaxtımızda olacaq.
"Azəryol"un dəvəti ilə ölkəmizdə gələcək "Uraloçka" Aleksandr Çervyakovun yetirmələri ilə birgə təlim-məşq toplanışı da keçəcək. Burada əsas məqsəd Bakı təmsilçisinin Çempionlar Liqasında uğurlu çıxışına hesablanıb. Komandalar yoxlama matçında da güclərini sınayacaqlar.
"Uraloçka" 1 həftəlik hazırlıqdan sonra vətəninə dönəcək.
Qeyd edək ki, "Azəryol"un Çempionlar Liqasında ilk matçı Fransa "Nant"ına qarşı olacaq. Görüş noyabrın 12-də Bakıda keçiriləcək.
Mediainfo.az
Digər xəbərlər