Məşhur futbolçu Hakan Çalhanoğlu Məkkəni ziyarət edib - FOTO
Türkiyənin məşhur futbolçusu Hakan Çalhanoğlu Dünya müsəlmanlarının müqəddəs şəhəri hesab olunan Məkkə və Mədinəni ziyarət edib.
"Bayer Leverkuzen"in istedadlı ulduz futbolçusu Hakan Çalhanoğlu "İnstaqram" səhifəsində Məkkə və Mədinə şəhərindən şəkil paylaşıb.
Futbolçu bütün izləyicilərinə müqəddəs torpaqları ziyarət etməsini arzu edib:
"Allahım inşallah hamınıza qismət edər. Həqiqətən, bu hissləri keçirməyinizi istəyirəm. Kəbəni görən kimi göz yaşlarımı tuta bilmədim" — bu sözləri Hakan paylaşdığı şəklinin altında yazıb. (ans)
Mediainfo.az
Digər xəbərlər























































































