Futbolçunun qəzaya uğradığı təyyarənin qalıqları tapılıb
"Kardiff Siti"yə transfer olunan futbolçu Emiliano Salanın da içində olduğu qəzaya uğrayan təyyarənin qalıqları tapılıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Sky Sports nəşrinin yaydığı məlumatda deyilir. Təyyarənin qalıqları La-Manşın dibində, Qernsi adası yaxınlığında tapılıb. Bu barədə Emiliano Salanın və pilot Devid Aybbotsonun valideynlərinə məlumat verilib. Lakin hələlik futbolçunun və pilotun cəsədlərinin tapılıb-tapılmadığı məlum deyil. Məlumatda o da qeyd edilir ki, təyyarənin qalıqları özəl kommersiya kompaniyasının əməkdaşlarının axtarışları nəticəsində aşkar edilib.
Digər xəbərlər