“Barselona” Filippe Koutinyonu satmayacaq
"Barselona"futbol klubu rəsmiləri Koutinyonun satılacağı barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətiriblər.
Mediainfo.az-ın sports.-ru-ya istinadən verdiyi xəbərə görə, "Barselona"nın prezidenti Xosep Bartomeu deyib ki, yarımmüdafiəçi Filippe Koutinyonun komandanı tərk edəcəyi barədə yayılanlar həqiqətə uyğun deyil: "Biz Koutinyonu satmaq barədə fikirləşmirik. Filippe bütün mövqelərdə oynamağı bacarır və komandamızın oyun üslubunu yaxşı bilir. Belə bir oyunçunu isə satmaq barədə düşünmürük."
Digər xəbərlər