"Qarabağ" səfərdən sərfəli nəticə ilə evə qayıdır
"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu səfərdə keçirib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, Dublində "Dundalk"la görüşən Ağdam klubu heyətində ciddi itkilər olmasına baxmayaraq yaxşı oyun nümayiş etdirib. Hesabı oyunun 4-cü dəqiqəsində Mahir Əmrəli açıb. Meydan sahibləri yalnız ikinci hissənin 78-ci dəqiqəsində hesabı bərabərləşdirə biliblər. Beləliklə İrlandiya çempionu ilə görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Bukomandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
22:45. "Dundalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:1
Qol: Mahir Emreli,4 (0:1), P.Hoban, 78 (1:1)
Baş hakim: Bartos Frankovski (Polşa)
Dublin, "Oriel Park" stadionu